Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 12,4 min ton sürtkü yağları istehsal edilib.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7,9 min ton və ya 38,9% azdır.
Belə ki, ötən ilin yanvar-aprel aylarında ölkədə 20,3 min ton sürtkü yağları istehsal olunmuşdu.
Bu ilin mayın 1-i vəziyyətinə hazır məhsul ehtiyatı 4,7 min ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1,607 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azalıb.