Bakı. Trend:
Füzuli rayonunda vətəndaşın əmlakına ziyan vuran şəxs barədə tərtib edilən protokol təsdiq edilib.
Trend xəbər verir ki, təqsirləndirilən şəxs zərərçəkmişə məxsus evin həyətinə quraşdırılan videokamera cihazını qəsdən sındırıb. Bunun nəticəsində zərərçəkmiş şəxsə 10 manat dəyərində maddi ziyan dəyib.
Belə ki, sahə polis rəisinin də iştirak etdiyi məhkəmə prosesi zamanı təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi (Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda) tərtib olunan protokol təsdiq edilib.
Nəticədə vətəndaş məhkəmənin qərarı ilə 10 manat məbləğində cərimə edilib.