...

Tərtərdə traktorla minik maşını toqquşub: xəsarət alan var

Hadisə Materials 17 May 2025 11:07 (UTC +04:00)
Tərtərdə traktorla minik maşını toqquşub: xəsarət alan var
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Tərtərdə traktorla minik maşını toqquşub bir nəfər xəsarət alıb.

Trend-in yerli müxbirinin xəbərinə görə, yol nəqliyyat hadisəsi ötən gecə Yevlax Ağdam Laçın magistral yolunun Tərtər rayon Köçərli kəndi ərazisində keçən hissəsində baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Rüfət Musayev idarə etdiyi "Traktor" la hərəkətdə olarkən 1982-ci il təvəllüdlü Səxavət Həsənov "KİA" markalı avtomobillə idarəetməni itirərək traktorun qoşqusuna çırpılıb. Nəticədə minik avtomobilinin sürücüsü S.Həsənov ağır xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti