Bakı. Trend:
Bu ilin birinci rübündə Şimal-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə daşınmış yüklərin həcmi 1,418 milyon ton olub.
Trend bu barədə Dövlət Sttistika Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 281 min ton və ya 16,5% azdır.
Belə ki, ötən ilin yanvar-mart aylarında Şimal-Qərb nəqliyyat dəhlizinin Azərbaycan hissəsi ilə daşınmış yüklərin həcmi 1,699 milyon ton olmuşdu.
Qeyd edək ki, bəhs olunan dövrdə Azərbaycan ərazisində nəqliyyat dəhlizlərində dəmir yolu nəqliyyatı ilə 3,672 milyon ton, dəniz nəqliyyatı ilə 1,764 milyon ton və avtomobil nəqliyyatı ilə 2,553 milyon ton yük daşınıb.
Dəmir yolu nəqliyyatı ilə daşınmış yüklərin 46,3%-ini, avtomobil nəqliyyatı ilə daşınmış yüklərin 45,2%-ini, dəniz nəqliyyatı ilə daşınmış yüklərin 95,2%-ini tranzit yüklər təşkil edib.