...

Hindistanda kriket matçından sonra izdihamda 11 nəfər ölüb

Hadisə Materials 4 İyun 2025 22:40 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Banqalor şəhər stadionunda izdiham nəticəsində 11 nəfər ölüb, 33 nəfər yaralanıb.

Trend-in məlumatına görə, bu barədə "Hindustan Times" qəzeti Karnataka ştatının baş naziri Siddaramaya istinadən xəbər verib.

İzdiham yerli Royal Challengers kriket komandasının Hindistan Premyer Liqasında qələbəsini qeyd edərkən başlayıb.

Karnataka Kriket Assosiasiyası qələbəni qeyd etmək üçün komandanın öz meydanında mərasim təşkil etdi. Şahidlərin sözlərinə görə, azarkeşlər yerə enib oyunçuları görmək ümidi ilə divarlara və hasarlara dırmaşıblar, onların çoxu biletsiz olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti