Bakı. Trend:
Avstriyanın Qrats şəhərində yerləşən bir məktəbdə silahlı hücum törədən 21 yaşlı Arturun atası erməni əsillidir, anası isə Avstriyadandır.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hadisəni törədən 21 yaşlı gənc valideynlərinin ayrılmasından sonra anası ilə birlikdə yaşayırdı.
Məlumata görə, o hadisənin baş verdiyi məktəbin keçmiş məzunu olub.
Hadisədən sonra Avstriya polisi Arturun yaşadığı evdə axtarış aparıb və kustar üsulla hazırlanmış partlayıcı qurğu aşkarlayıb.
Xatırladaq ki, hadisə ilə əlaqədar ölkədə üçgünlük milli matəm elan edilib. Hadisə nəticəsində 11 nəfər ölüb.