...

ABŞ Argentinaya “Stryker” zirehli personal daşıyıcısının tədarükünə başlayıb

Dünya xəbərləri Materials 4 Dekabr 2025 10:15 (UTC +04:00)
ABŞ Argentinaya “Stryker” zirehli personal daşıyıcısının tədarükünə başlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Argentina ABŞ-dən aldığı 4 ədəd “Stryker” zirehli personal daşıcısını təhvil alıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

ABŞ-nin Argentinadakı səfirliyinin bəyanatına görə, bu tədarük Argentina ordusunun hərbi imkanlarının modernləşdirilməsi və Vaşinqtonla hərbi əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində atılmış vacib addım olub.

Argentina ümumilikdə 8 ədəd zirehli personal daşıyıcısı alıb. Sonuncu partiyanın ölkəyə dekabrın 8-də çatdırılacağı bildirilir.

Hərbi texnikanın tədarükü, ehtiyat avadanlıqlarının təchizatı, şəxsi heyətin təkili və texniki dəstək daxil olmaqla ümumi paketin məbləği 20 milyon dollar təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti