...

Dünya şöhrətli memar Frenk Geri 97 yaşında vəfat edib

Dünya xəbərləri Materials 6 Dekabr 2025 02:31 (UTC +04:00)
Dünya şöhrətli memar Frenk Geri 97 yaşında vəfat edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Amerikalı memar Frenk Geri 97 yaşında dünyasını dəyişib.

Trend xəbər verir ki, məlumatı The New York Times yayıb.

Məlumata görə, Geri Kaliforniyanın Santa-Monika şəhərindəki evində vəfat edib. Ölümün səbəbi qısa müddətli tənəffüs xəstəliyi olub.

Frenk Geri müasir memarlığın ən görkəmli simalarından biri hesab edilir və dekonstruktivizm cərəyanının əsas memarlarından sayılır. O, 1989-cu ildə memarlığın “Nobel mükafatı” sayılan Pritzker mükafatına layiq görülüb.

Geriyə məxsus ən məşhur layihələr arasında Bilbao Guggenheim Muzeyi (1997), Los-Ancelesdə Walt Disney Konsert Zalının binası (2003) və Praqadakı “Rəqs edən Ev” (1995) xüsusi yer tutur.

Xəbər lenti

Xəbər lenti