...

Avstraliyada yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə girişi qadağan olundu

Dünya xəbərləri Materials 10 Dekabr 2025 15:45 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il 10 dekabr tarixindən etibarən Avstraliyada 16 yaşdan aşağı uşaq və yeniyetmələrin sosial platformalara girişini qadağan edən qanun tətbiq olunmağa başlayıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Avstraliya hökuməti TikTok, YouTube, Instagram və Facebook da daxil olmaqla, 10 əsas platformaya 16 yaşdan kiçik təxminən 1 milyon istifadəçinin bloklanmasını əmr edib.

Məlumata görə, təkcə TikTok-da artıq 200,000-dən çox hesab deaktiv edilib və qarşıdakı günlərdə “yüz minlərlə” hesabın bloklanması gözlənilir.

Bu qadağa yetkinlik yaşına çatmayanların onlayn təhlükəsizliyini artırmaq məqsədi daşıyır. Platformalar bu qanuna əməl etmədikləri halda böyük cərimələrlə üzləşə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti