...

Venesuela vitse-prezidenti Maduronun sağ olduğuna dair sübut tələb edir

Dünya xəbərləri Materials 3 Yanvar 2026 14:27 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident Nikolas Maduro və birinci xanım Siliya Floresin harada olmasından xəbərsizik.

Trend xəbər verir ki, bu barədə Venesuelanın vitse-prezidenti Delsi Rodrigez bildirib.

O əlavə edib ki, hakimiyyət orqanları "onların sağ olduqlarına dair dərhal sübut" tələb edirlər.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti