...

Aİ Venesueladakı vəziyyəti yaxından izləyir - Kallas

Dünya xəbərləri Materials 3 Yanvar 2026 15:10 (UTC +04:00)
Aİ Venesueladakı vəziyyəti yaxından izləyir - Kallas
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Avropa İttifaqı Venesueladakı vəziyyəti yaxından izləyir.

Trend xəbər verir ki, bu barədə Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas "X" sosial şəbəkə hesabında yazıb.

"Mən dövlət katibi Marko Rubio və Karakasdakı səfirimizlə danışdım. Aİ Venesueladakı vəziyyəti yaxından izləyir", - o yazıb.

Kallas xatırladıb ki, Aİ dəfələrlə Maduronun legitimliyinin olmadığını bildirib və hakimiyyətin dinc yolla ötürülməsini müdafiə edib.

"Bütün hallarda beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə hörmət edilməlidir. Biz təmkinli olmağa çağırırıq. Ölkədəki AB vətəndaşlarının təhlükəsizliyi bizim əsas prioritetimizdir", - o əlavə edib.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.

O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:

"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"

Xəbər lenti

Xəbər lenti