...

Quterreş Venesuelada gərginliyin artması ilə bağlı narahatlığını bildirib

Dünya xəbərləri Materials 3 Yanvar 2026 20:08 (UTC +04:00)
Quterreş Venesuelada gərginliyin artması ilə bağlı narahatlığını bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

BMT Baş katibi Antonio Quterreş Venesuelada baş verən gərginlikdən və ABŞ-ın ölkədəki hərbi əməliyyatlarından dərin narahatlıq keçirir.

Trend xəbər verir ki, bu barədə Baş katibin sözçüsünün bəyanatında deyilir. Quterreş bu halın region üçün potensial narahatedici nəticələrə səbəb ola biləcəyini bildirib.

“Venesueladakı vəziyyətdən asılı olmayaraq, bu hadisələr təhlükəli bir presedent təşkil edir. Baş katib BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüquqa hamı tərəfindən tam hörmət edilməsinin vacibliyini vurğulamağa davam edir. O, beynəlxalq hüququn qaydalarına hörmət edilməməsindən dərin narahatdır”, - deyə bəyanatda qeyd olunur.

Baş katib bütün tərəfləri insan hüquqlarına və qanunun aliliyinə tam hörmətlə yanaşılan inklüziv dialoqa çağırıb.

Xəbər lenti

Xəbər lenti