...

Xorvatiya Ukraynaya hərbi kontingent göndərməyəcək

Dünya xəbərləri Materials 7 Yanvar 2026 05:33 (UTC +04:00)
Xorvatiya Ukraynaya hərbi kontingent göndərməyəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xorvatiya atəşkəs və sülh sazişi əldə olunduqdan sonra da Ukrayna ərazisinə öz hərbi kontingentini göndərmək niyyətində deyil.

Trend xəbər verir ki, bunu Xorvatiyanın Baş naziri Andrey Plenkoviç Parisdə “İstəklilər koalisiyası”nın görüşünün yekunları üzrə açıqlamada bildirib.

Plenkoviç “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, Xorvatiya hərbçiləri atəşkəs və sülh nizamlanmasından sonra Ukraynada yerləşdiriləcək beynəlxalq qüvvələrin tərkibində iştirak etməyəcək. O vurğulayıb ki, Zaqreb bu mövqeyini dəyişməz olaraq saxlayır.

Xəbər lenti

Xəbər lenti