Bakı. Trend:
İtaliya Ukrayna ilə bağlı Parisdə qəbul edilən bəyannamədən məmnundur.
Trend xəbər verir ki, bunu Parisdə “İstəklilər koalisiyası”nın görüşündə iştirak edən İtaliyanın Baş naziri Corcia Meloni bəyan edib.
Baş nazirin açıqlamasında bildirilib ki, nəzərdə tutulan təhlükəsizlik zəmanətləri Vaşinqtonla sıx koordinasiya şəraitində formalaşdırılacaq daha geniş razılaşmalar paketinin tərkib hissəsi olacaq.
Qeyd olunub ki, əsas məqsəd Ukraynanın suverenliyi və müstəqilliyinin təmin edilməsi, atəşkəs rejiminin effektiv və hərtərəfli monitorinq mexanizminin yaradılması, eləcə də Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsidir.
Eyni zamanda Corcia Meloni bir daha vurğulayıb ki, İtaliya öz hərbi kontingentini Ukrayna ərazisinə göndərmək niyyətində deyil.
