...

Vensin evinə hücum edən şəxs saxlanılıb

Dünya xəbərləri Materials 7 Yanvar 2026 06:54 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ vitse-prezidenti Ceyms Devid Vensin evinə hücumdan sonra saxlanılan 26 yaşlı Uilyam DeFurun Demokrat Partiyasının zəngin donorunun oğlu olduğu məlum olub.

Trend xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.

Məlumata görə, gəncin atası Harvard Universitetinin məzunudur və həkim kimi uğurlu karyera qurub. O, 2020 və 2024-cü illərdə müvafiq olaraq Co Bayden və Kamala Harrisin prezidentlik kampaniyalarına minlərlə dollar ianə edib və uzun müddətdir Demokrat Partiyasının fəal tərəfdarı kimi tanınır.

Xatırladaq ki, yanvarın 5-nə keçən gecə Ceyms Devid Vensin evinin pəncərələri çəkiclə sındırılıb. Hadisə zamanı vitse-prezident və onun ailə üzvləri evdə olmayıblar. Hadisə ilə bağlı araşdırma davam edir.

Xəbər lenti

Xəbər lenti