...

Venesuelada həlak olanların xatirəsinə yeddi günlük matəm elan olunub

Dünya xəbərləri Materials 7 Yanvar 2026 08:33 (UTC +04:00)
Venesuelada həlak olanların xatirəsinə yeddi günlük matəm elan olunub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Venesuelada həlak olanların xatirəsinə yeddi günlük matəm elan edilib.

Trend xəbər verir ki, bunu Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes VTV telekanalında çıxışı zamanı bildirib.

O bildirib ki, müvafiq qərar Venesuelanı və Prezident Nikolas Maduronu müdafiə edərkən həyatlarını itirən gənc kişi və qadınların xatirəsinə hörmət əlaməti olaraq qəbul edilib.

“Venesuelanı və Prezident Nikolas Maduronu müdafiə edərkən həyatlarını qurban verən gənc kişi və qadınların xatirəsinə yeddi günlük matəm elan etmək qərarına gəldim”, – deyə Rodriqes qeyd edib.

Xatırladaq ki, daha əvvəl Kuba hökuməti ABŞ tərəfindən həyata keçirilən əməliyyat zamanı 32 kubalı zabitin həlak olduğunu açıqlamışdı.

Xəbər lenti

Xəbər lenti