Bakı. Trend:
ABŞ Böyük Britaniyadakı hava bazalarına 14 ədəd “C-17 Globemaster” hərbi yük təyyarəsi və iki ağır silahlanmış “AC-130J Ghostrider” helikopterini göndərib
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yanvarın 3-dən etibarən, Saffolk və Qlouçesterşayr bölgələrində yerləşən üç Krallıq Hərbi Hava Qüvvələri bazasına ən azı 14 “C-17 Globemaster” yük təyyarəsi və iki ağır silahlanmış “AC-130J Ghostrider” helikopteri eniş edib.
“Globemaster” təyyarələrinin göyərtəsində xüsusi əməliyyatlarda istifadə olunan beş “MH-60M Black Hawk” və bir "MH-47G Chinook" helikopterinin olduğu güman edilir.
Qeyd olunur ki, adıçəkilən hava bazaları həm Krallıq Hərbi Hava Qüvvələri, həm də ABŞ Hərbi Hava Qüvvələri tərəfindən birgə istifadə olunur. Bununla belə, Böyük Britaniya Müdafiə Nazirliyi məlumatı şərh etməkdən imtina edib.
