...

Axtarışda olan türkiyəli kriminal avtoritet Yunanıstanda saxlanılıb (FOTO)

Dünya xəbərləri Materials 7 Yanvar 2026 14:26 (UTC +04:00)
Axtarışda olan türkiyəli kriminal avtoritet Yunanıstanda saxlanılıb (FOTO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin İnterpol xətti ilə beynəlxalq axtarışa verdiyi “Ertekinlər” mütəşəkkil cinayətkar qruplaşmasının rəhbəri Rohcat Ertekin Yuanıstanda saxlanılıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Antalyada mərkəzlənmiş “Ertekinlər” adlı cinayətkar qruplaşmanın lideri olduğu bildirilən Rohcat Ertekin Türkiyədə cinayət törətmək məqsədilə mütəşəkkil dəstə yaratma, qəsdən adam öldürmə, əmlaka ziyan vurma, talan, silahlı soyğunçuluq, narkotik vasitələrin ticarəti və hədə-qorxu gəlmə maddələri üzrə təqsirli bilinib və barəsində qiyabi olaraq həbs qərarı çıxarılıb.

Gizləndiyi villada Yunanıstan polisi tərəfindən saxlanılan Ertekinin ekstradisiyası üçün Türkiyənin Ədliyyə Nazirliyi tərəfindən zəruri prosedurların başlandığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti