Bakı. Trend:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-nin Venesuela prezidenti Nikolas Maduroya daha əvvəl Türkiyəyə getmək təklifi ilə bağlı yayılan məlumatları təkzib edib
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Bizə belə bir informasiya daxil olmayıb, belə bir şey olmayıb”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ-nin “The New York Times” qəzetində dərc olunan məqaləyə əsasən, Amerika hökuməti guya dekabrın 23-də Venesuela prezidentinə ölkəsini tərk etməyi və variant kimi Türkiyəyə getməyi təklif etmiş, lakin Venesuela lideri bu planı “qəzəbli şəkildə rədd etmişdi”.
