...

Böyük Britaniyada “Goretti” fırtınası nəqliyyatda ciddi çətinliklər yaradacaq

Dünya xəbərləri Materials 7 Yanvar 2026 18:33 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı ilin ilk fırtınası olan “Goretti” Böyük Britaniyada qarlı hava və buzlanma ilə müşayiət olunaraq nəqliyyatda ciddi çətinliklər yaradacaq.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.

Məlumata görə, fırtınanın ən güclü təsirinin Fransada hiss olunacağı bildirilsə də, Britaniyada da hava şəraitinin kəskin pisləşəcəyi gözlənilir. Şimali İrlandiya da daxil olmaqla Böyük Britaniyanın böyük hissəsində buzlanma ilə bağlı sarı xəbərdarlıq qüvvədədir. Arktik hava kütləsinin təsiri nəticəsində London və ətraf bölgələrdə də qış yağıntıları müşahidə olunur.

Rəsmi qurumlar sürücülərə və sərnişinlərə ehtiyatlı olmağı, səyahət planlarını öncədən yoxlamağı tövsiyə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti