Bakı. Trend:
Türkiyənin "Beşiktaş" klubunda ayrılıq gerçəkləşib.
Trend xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, İstanbul təmsilçisi Qabriel Paulista ilə yollarını ayırıb. Braziliyalı futbolçu ailəvi səbəblərə görə ölkəsinə qayıtmaq istəyib.
Klub Paulistanın istəyinə müsbət reaksiya verib. 35 yaşlı mərkəz müdafiəçisinin "Kruzeyro"yaa keçəcəyi gözlənilir.
Qeyd edək ki, Qabriel Paulista 2024-cü ilin yayından "Beşiktaş"da çıxış edirdi.