Bakı. Trend:
İranın Tehran şəhərində Cənnətabad məntəqəsində bazarda güclü yanğın başlayıb.
Trend-in məlumatına görə, bunu Tehran Yanğınsöndürmə İdarəsinin sözçüsü Calal Məleki yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, yerli vaxtla saat 09:55-də başlayan yanğın 2 min kvadratmetr ərazini əhatəyə alıb.
Məleki bildirib ki, yanğının söndürülməsi üçün əraziyə yanğınsöndürən texnika cəlb olunub.
Yanğının səbəbi hələlik məlum deyil.
