...

Fransada “X” sosial şəbəkəsinin ofisində axtarışlara başlanılıb

Dünya xəbərləri Materials 3 Fevral 2026 15:15 (UTC +04:00)
Fransada “X” sosial şəbəkəsinin ofisində axtarışlara başlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Fransada Prokurorluğun kibercinayətkarlıqla mübarizə şöbəsi Avropol və Fransa polisi ilə əlaqələndirilmiş şəkildə amerikalı milyarder İlon Maska məxsus “X” sosial şəbəkəsinin Fransadakı ofislərində axtarış aparır.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Prokurorluğun məlumatına görə, axtarış tədbirləri 2025-ci ilin yanvarında başladılmış istintaqla bağlıdır və istintaq çərçivəsində İlon Mask və “X”in keçmiş icraçı direktoru Linda Yakkarino 20 aprel tarixində dinləmələrə çağırılıblar.

Fransanın “Le Monde” qəzetinin yazdığına görə, istintaq 2022-ci ildə İlon Maskın sosial şəbəkəni satın almasından sonra X platformasında alqoritmik qərəz və idarəetməyə mümkün müdaxilə ilə bağlı qaldırılmış narahatlıqlardan sonra başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti