...

"YouTube" bu xidməti pullu etdi

Dünya xəbərləri Materials 11 Fevral 2026 19:48 (UTC +04:00)
"YouTube" bu xidməti pullu etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"YouTube Music" xidməti mahnı mətnlərinə pulsuz çıxışı məhdudlaşdırmağa başlayıb və bu funksiyanı ödənişli abunəliyə keçirib. Əvvəllər mahnı mətnləri ödənişsiz idi, lakin indi onlar "YouTube Premium" və ya "Music Premium" abunəliyinin tərkib hissəsinə çevrilir.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Son yeniləmədə oxutma ekranında “Lyrics” bölməsində qalan pulsuz baxışların sayı ilə bağlı bildiriş və funksiyanı "Premium" abunə vasitəsilə açmaq təklifi göstərilir. İstifadəçilərə mahnı mətnlərini beş dəfə pulsuz izləmək imkanı verilir, bundan sonra onlar yalnız ilk sətirləri görə bilirlər, mətnin qalan hissəsi isə gizlədilir.

Dəyişikliklər bir neçə ay ərzində əvvəlcə azsaylı istifadəçi qrupu üzərində sınaqdan keçirilib. İndi isə bütün dünyada tətbiq olunmağa başlayır. "Google" tərəfindən yeniliyə dair hələlik rəsmi təsdiq verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti