...

Almaniyanın özəl təyyarəsi İraq səmasında gözdən itib

Dünya xəbərləri Materials 17 Fevral 2006 19:54 (UTC +04:00)

Almaniyanın "Sesna-S501" təyyarəsi cümə günü İraqın hava məkanında gözdən itib. Almaniya telekanallarının məlumatına görə, özəl təyyarə reysi çərşənbə axşamı günü Münhendən İraq istiqamətində uçub. Trend bildirir ki, son məlumatlara əsasən, cümə axşamı günü təyyarə Bakıda (Azərbaycan) yerə enib, sonra isə buradan İraqın şimalına - Kərkükə uçub.

İraqın hava məkanına çatarkən təyyarənin harada olması barədə məlumatın daxil olması dayanıb.Telekanallar xəbər verir ki, "təyyarə radarların ekranından sadəcə olaraq itib".

Telekanallar bildirir ki, Bavariya uçuşların təhlükəsizliyi idarəsi təyyarənin itməsi faktını təsdiq edib.

RİA novosti xəbər verir ki, Bavariya idarəsinin məlumatına görə, təyyarədə ekipaj üzvləri ilə yanaşı (onların sayı bildirilmir) altı sərnişin, o cümlədən bir İraq vətəndaşı olub.

"Azərbaycan Hava Yolları" Dövlət konsernində (AZAL) təsdiq olunub ki, həmin özəl təyyarə Bakıda yanacaq doldurmaq üçün yerə enib və problemsiz Azərbaycanın hava limanını tərk edib.

Xəbər lenti

Xəbər lenti