ABŞ Dövlət Departamenti İranın nüvə silahına malik ola bilməsinin qeyri-mümkün olduğunu hesab edir. İranın bəyan etdiyi zənginləşdirilmiş uranın dərəcəsi nüvə silahı hazırlamaq üçün kifayət deyil. Bu barədə çərşənbə günü İranın Dövlət Departamentinin xüsusi nümayəndəsi Şon Makkormak bəyan edib.
"Onlar (iranlılar) uranı 3,5% səviyyəsində zənginləşdirdiklərini bəyan ediblər", - deyə Makkormak bildirib.
"Nüvə silahının hazırlanması üçün daha çox zəngindləşdirilmiş uran lazımdır ", - deyə DD-nin nümayəndəsi İran prezidenti Mahmud Əhmədinejatın çərşənbə axşamı "İranın nüvə dövlətlərinin klubuna qoşulduğu" barədə bəyanatını şərh edərkən bildirib.
Bu zaman Makkormak Corc Buş administrasiyasının İranın uranın zənginləşdirilməsi üçün lazım olan sentrifuqun miqdarı da daxil olmaqla "texniki detalları" təsdiqləyə bilməyəcəyini də bildirib.
"Hazırki anda bizim təsdiqləyə bilmədiyimiz və onların (iranlıların) sentrpifuq proqramı ilə bağlı hansı səviyyədə olduqlarını müəyyən etmək üçün zəruri olan çoxlu sayda texniki detallar var ", - deyə DD-nin nümayəndəsi bildirib.
O qeyd edib ki, ABŞ administrasiyası Əhmədnejatın bəyanatını "İran rejiminin beynəlxalq ictimaiyyətə məhəl qoymaması ilə bağlı atdığı daha bir addım" hesab edir. Bu barədə RİA Novosti agentliyi məlumat yayıb.