...

Avropa Qonşuluq Siyasəti çərçivəsində Ermənistanla danışıqların 3-cü mərhələsi mayın əvvəlində İrəvanda keçiriləcək

Dünya xəbərləri Materials 20 Aprel 2006 16:30 (UTC +04:00)

Aprelin 19-da Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bildirib ki, Avropa Qonşuluq Siyasəti çərçivəsində Ermənistanın Fəaliyyət Planı üzrə danışıqların 3-cü mərhələsi mayın əvvəlində İrəvanda keçiriləcək.

Mediamaks agentliyinin xəbər verdiyi kimi, Vardan Oskanyan bu barədə Avstriya XİN-nin dövlət katibi, Avropa Birliyi Üçlüyünün nümayəndə heyətinin rəhbəri Hans Vinklerlə /Hans Winkler/ birgə keçirilmiş mətbuat konfransında bəyan edib.

"Bəzi razılaşdırılmamış məsələlər qalıb və biz ümid edirik ki, danışıqların 3-cü mərhələsi sonuncu olacaq", - deyə Ermənistanın XİN başçısı qeyd edib. O bildirib ki, Ermənistanın Fəaliyyət Planı gələcəkdə AB ilə əlaqələrin inkişafı üçün istiqamət rolunu oynayacaq mühüm sənəddir.

Xəbər lenti

Xəbər lenti