...

Rusiyanın cənubunda geniş antiterror təlimləri başlayıb

Dünya xəbərləri Materials 24 Aprel 2006 15:13 (UTC +04:00)

Rusiyanın cənubunda başlanan antiterror təlimlərində bütün güc strukturlarını təmsil edən 32 min nəfər iştirak edir. Trend agentliyinin məlumatına əsasən, təlimlərə Rusiya daxili işlər naziri Rəşid Nurqaliyev rəhbərlik edir. Bu barədə Rusiya Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının baş komandanı polkovnik Nikolay Roqozin xəbər verib.

Onun sözlərinə görə, Çinin antiterror üzrə mütəxəssislər qrupu müşahidəçi qismində təlimlərdə iştirak edəcək. Bu barədə İTAR-TASS məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti