...

Beynəlxalq Valyuta Fondu missiyasının Gürcüstana səfəri mayın 12-19-da baş tutacaq

Dünya xəbərləri Materials 6 May 2006 11:39 (UTC +04:00)

Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamenti şöbəsinin rəhbəri Con Veykman-Linnin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 12-də Tbilisiyə gələcək. Bu barədə jurnalistlərə BVF-nun Gürcüstandakı daimi nümayəndəsi Robert Kristiansen məlumat verib.

Robert Kristiansenin sözlərinə görə, missiyanın bir həftəlik səfərində məqsəd Yoxsulluğun ləğvi və iqtisadi artım Strategiyası (PRGF) çərçivəsində Gürcüstana maddi yardım proqramı üzrə 4-cü xülasənin, eləcə də ölkədə ümumi iqtisadi vəziyyətin müzakirəsidir. O cümlədən, maliyyə sahəsində islahatların gedişinə böyük diqqət ayrılacaq.

Robert Kristiansen qeyd edib ki, BVF-nun fikrincə, Gürcüstan hökuməti yuxarıda göstərilən proqramı uğurla reallaşdırır və KİV -də Gürcüstan hökumətinin bir sıra son təşəbbüsləri ilə bağlı onu dayandırmaq barədə yayılan məlumatlar həqiqətə uyğun deyil. Bu barədə Praym-nyus məlumat verib.

Xəbər lenti

Xəbər lenti