...

Türkiyənin baş naziri: İranın sülh məqsədləri üçün atom energetikasına hüququ var

Dünya xəbərləri Materials 22 May 2006 18:35 (UTC +04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyip Erdoğan İranın atom enerjisindən sülh məqsədləri üçün istifadə hüququnu tanıyır.

Trend agentliyinin "İRNA"ya istinadən yaydığı məlumata əsasən, bunu Rəcəb Tayip Erdoğan Ümümdünya İqtisadi Forumunun keçirildiyi Misirin kurort şəhəri Şarm-al-Şeyxdə bəyan edib.

Baş nazir vurğulayıb ki, İranın sülh məqsədləri üçün atom energetikasına hüququ var və Tehran nüvə texnologiyalarından itsifadə edə bilər.

Erdoğan həmçinin deyib ki, Türkiyə İran ətrafındakı böhranın diplomatik vasitələrlə nizamlanması leyhinə çıxış edir.

Xəbər lenti

Xəbər lenti