...

Rusiya XİN başçısı Türkiyəyə səfər edəcək

Dünya xəbərləri Materials 25 May 2006 10:49 (UTC +04:00)

Mayın 31-i iyunun 1-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyə baş nazirinin müavini, xarici işlər naziri Abdulla Gülün dəvəti ilə bu ölkəyə rəsmi səfər edəcək.

Trend in RF XİN-ə istinadən xəbər verdiyi kimi, Türkiyə ali rəhbərliyinin nümayəndələri ilə görüşlər çərçivəsində aparılacaq danışıqlarda ikitərəfli əlaqələrin vəziyyəti və inkişaf perspektivləri ilə bağlı məsələlərin, aktual regional və beynəlxalq problemlərin, xüsusilə İraq və Yaxın Şərq münaqişələrinin nizamlanma perspektivlərinin, İranın nüvə proqramı ətrafında yaranmış vəziyyət və Kipr probleminin müzakirəsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti