...

B.Qrızlov: V.Putin 3-cü müddətə seçilə bilər, lakin bu ardıcıl olmamalıdır

Dünya xəbərləri Materials 8 İyun 2006 16:15 (UTC +04:00)

Dövlət dumasının spikeri Boris Qrızlov Rusiya Konstitusiyasına hazırkı prezidentə 3-cü dəfə dövlət başçısı vəzifəsinə seçilmək imkanı verən dəyişikliklərin edilməsi əleyhinədir.

Trend agentliyinin "Novosti" RİA-ya istinadən yaydığı məlumata əsasən, əvvəllər KİV sosioloji sorğulara əsaslanaraq xəbər verirdi ki, rəyi soruşulanların 59%-i Vladimir Putinın 3-cü müddətə seçilməsinə tərəfdardır.

"Konstitusiyanı konkret bir adama görə dəyişdirmək düzgün deyil" - deyə palatanın sədri jurnalistlərlə söhbətdə bildirib.

B. Qrızlov xatırladıb ki, Konstitusiyaya əsasən bir namizəd ardığıl olaraq 3 dəfə prezident vəzifəsinə seçilə bilməz.

"V.Putin 3-cü müddətə Rusiya prezidenti seçilə bilər, lakin bu ardıcıl olmamalıdır. Biz bu mövqeyi müdafiə edəcəyik" - deyə B.Qruzlov qeyd edib.

Hazırkı prezidentin 3-cü dəfə seçilməsilə bağlı referendum keçirilməsi mümkünlüyü haqqında suala cavab verən B.Qrızlov deyib: " Biz parlament çoxluğunun mövqeyini ifadə edərək Konstitusiyanın müdafiəsində duracağıq".

Xəbər lenti

Xəbər lenti