...

Gürcüstan Rusiya ilə birgə terror əleyhinə mərkəz açmağa hazırdır

Dünya xəbərləri Materials 8 İyun 2006 18:40 (UTC +04:00)

Gürcüstan Rusiya ilə birgə terror əleyhinə mərkəz açmağa hazırdır. Bu barədə "Novosti" RİA-ya müsahibəsində Gürücstan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədr müavini Nika Rurua bildirib.

"Belə bir mərkəzin yaradılması Rusiya qüvvələrinin Gürcüstan ərazisindən çıxarılması haqqında Rusiya-Gürcüstan sazişi çərçivəsində nəzərdə tutulub. Mərkəzin əsas məqsəd və vəzifələri müəyyənləşdirilən kimi onu açmağa hazırıq" - deyə o qeyd edib.

Trend agentliyinin Gürücstan Online-na istinadən xəbər verir ki, əgər Rusiya belə bir mərkəzin açılışında ciddi maraqlıdırsa, Gürcüstan burada heç bir maniə görmür. "Biz terrorizm kimi qlobal problemlə mübarizə Rusiyalı həmkarlarımızla əməkdaşlıq etməyə hazırıq. Bu, bütün dünya üçün çağırışdır (vızov) və bizim region istisna deyil" - deyə millət vəkili vurğulayıb.

Eyni zamanda N.Rurua belə bir mərkəzin beynəlxalq mərkəzə çevrilməsi mümkünlüyünü də istista etmir.

"Təkcə Rusiya və Gürcüstanın deyil, həm də digər region ölkələrinin də təmsil olunduğu beynəlxalq mərkəzin Gürcüstanda yaradılması yaxşı olardı" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti