...

İyunun 16-da Gürcüstanın 6 SES və 3 enerji distribyutor şirkətinin satışı üzrə tender olacaq

Dünya xəbərləri Materials 16 İyun 2006 18:31 (UTC +04:00)

"Gürcüstan İqtisadi İnkişaf Nazirliyində iyunun 16-da axşam Gürcüstanın 6 SES və 3 enerji distribyutor şirkətinin satışı üzrə müsabiqə iştirakçılarının ərizələrinin olduğu paketlərin açılış proseduru olacaq", - deyə İqtisadi İnkişaf naziri xəbər verib.

Trend in Praym-Nyus-a istinadən verdiyi xəbərə görə, söhbət "Gürcüstanın birləşmiş distribyutor enerji şirkəti", "Acariya Enerji şirkəti" və "Kaxetiya Enerji Distribyutoru", həmçinin LacanurSES, RionSES, Kaskade QumatSES, ŞaorSES, DzevrulSES və AtsSES-dən (İqtisadi İnkişaf Nazirliyi tərəfindən müsabiqəyə qoyulmuş) gedir.

Yuxarıda göstərilən obyektlərə görə veriləcək minimal məbləğ 119 milyon ABŞ dolları təşkil edir. Ehtimal olunur ki, müsabiqənin nəticələri elə bu gün məlum olsun, lakin istisna olunmur ki, müsabiqə komissiyası ərizə paketlərinin açılış anından 5 iş günü ərzində qaliblərin elan edilməsi ilə bağlı Gürcüstan qanunvericiliyi tərəfindən ona verilmiş hüquqdan istifadə etsin.

Xəbər lenti

Xəbər lenti