...

Qazaxıstan parlamenti iqtisadi inkişaf proqramı üzrə ABŞ-la qarşılıqlı anlayış haqqında memorandumu təsdiqləyib

Dünya xəbərləri Materials 27 İyun 2006 16:17 (UTC +04:00)

İyunun 27-də Qazaxıstan parlamenti "İqtisadi İnkişaf üzrə Qazaxıstan-Amerika Proqramı ilə bağlı Qazaxıstan və ABŞ hökumətləri arasında Qarşılıqlı Anlayış haqqında Memorandumun ratifikasiyası haqqında" qanun qəbul edib.

Proqramın gerçəkləşdirilməsi ilə bağlı razılıq 2001-ci ilin dekabrın 21-də prezident Nursultan Nazarbayevin Birləşmiş Ştatlara rəsmi səfəri zamanı əldə olunub.

Trend "Kazakhstan today"ya istinadən xəbər verir ki, proqramın ümumi büdcəsi $40 mln. təşkil edir və 4 illlik müddətə nəzərdə tutulub. Proqram Qazaxıstan və ABŞ hökumətləri ilə birgə maliyyələşdiriləcək. ABŞ $24,5 mln., Qazaxıstan isə - $15,5 mln. verəcək.

Qarşılıqlı Anlayış haqqında memorandum 2006-cı ilin mayın 5-də Astanada imzalanıb.

Qanun dövlət başçısına imzalanmaq üçün təqdim olunub.

Xəbər lenti

Xəbər lenti