...

Corc Soros postsovet məkanında inqlabların maliyyələşdirilməsi haqqında ittihamları rədd edib

Dünya xəbərləri Materials 27 İyun 2006 18:21 (UTC +04:00)

Türkiyədə səfərdə olan Corc Soros İstanbulun "Konrad" otelində mətbuat konfrans keçirib və dünyada baş verən hadisələrlə bağlı fikirlərini açıqlayıb.

Trend agentliyinin Türkiyədəki xüsusi müxbiri xəbər verir ki, C.Soros postsovet məkanında müxtəlif inqlabların təşkilatçısı və sponsoru olduğu haqqında ittihamları rədd edib. O qeyd edib ki, bu ittihamlar Rusiya təbliğatının məhsuludur. "Ukraynadakı inqlab Rusiya rəhbərliyini qorxudub və onlar xalqı düzgün idarə etmək əvəzinə məni günahlandırır" - deyə o bildirib.

Cənubi Qafqaz respublikalarındakı vəziyyətə toxunan C.Soros "Açıq Cəmiyyət"in araşdırmalarına istinad edərək deyib ki, Ermənistanda rüşvətxorluq Gürcüstana nisbətən daha çox inkişaf edib. O vurğulayıb "biz Ermənistana kömək etmək istərdik, amma bunun üçün hökumətin istəyi lazımdır".

C.Soros ABŞ prezidentinin siyasətini də tənqid edib. "Terrorizmə qarşı müharibəyə başlayaraq, bizi səhv istiqamətə yönəldib" - deyə o bildirib.C.Sorosun fikrincə, müharibə davam edəcək və belə bir vəziyyət tədricən ABŞ-ın dünyadakı mövqeyini zəiflədəcək.

Xəbər lenti

Xəbər lenti