...

Vladimir Putin: "Rusiya MDB ölkələrində sülhyaratma missiyasını davam etdirəcək"

Dünya xəbərləri Materials 28 İyun 2006 11:07 (UTC +04:00)

"Bəzən açıq-aşkar provokasiyalara baxmayaraq, Rusiya MDB ölkələrində sülhyaratma missiyasını davam etdirəcək". Bu barədə RF prezidenti Vladimir Putin ölkə XİN-də keçirilmiş müşavirədə bəyan edib.

Trend in Kavkaz-press-ə istinadən xəbər verdiyi kimi, Putin qeyd edib ki, bu gün RF keçmiş sovet məkanında bir sıra münaqişələrin nizamlanmasında bilavasitə iştirak edir. O, 2009-cu ildə müddəti bitəcək, strateji hücum silahları haqqında Rusiya-Amerika müqaviləsinin dəyişdirilməsi üzrə danışıqlara başlamaq zərurətini bəyan edib.

Putinin sözlərinə görə, hazırda "tərk-silahla bağlı durğunluq" müşahidə olunur. Buna görə də tərk-silah məsələləri ilə bağlı dialoqu bərpa etmək lazımdır". Bu barədə "Exo Moskvı" radiostansiyası xəbər verir.

Xəbər lenti

Xəbər lenti