...

ABŞ-da özəl nüvə obyektinin inşasına icazə verilib

Dünya xəbərləri Materials 28 İyun 2006 16:05 (UTC +04:00)

Nüvə Tənzimlənməsi üzrə Amerika Federal Komissiyası 30 il ərzində ilk dəfə olaraq iri qeyri-dövlət nüvə obyektinin inşasına icazə verib.

Trend agentliyi "Vzqlyad"a istinadən xəbər verir ki, bu, ABŞ-da atom elektrik stkansiyaları üçün yanacaq istehsal edəcək və tikintisi 1,5 mlrd dollara başa gələcək ilk özəl müəssisədir. Onun sahibi Avropanın Urenco və British Nuclear Fuels PLC korporasiyalarını, eləcə də bir neçə Amerika şirkətini birləşdirən Louisiana Energy Services beynəlxalq konsorsiumu olacaq.

"Washington Profile" xəbər verir ki, Milli Saflaşdırıcı Kombinat adlandıralan yeni nüvə kompleksi Nyu-Meksika ştatının cənub-qərbindəki Yunis şəhəri yaxınlığında tikiləcək. Konsorsiumun rəhbərləri uranın saflaşdırılmasına 2009-cu ilin əvvəlində başlayacaq. Hazırda Amerika nüvə elektrik stansiyaları bu növ nüvə yanacağını yalnız Ketuki ştatındakı ABŞ-ın Energetika Nazirliyinə məxsus zavoddan alır.

Xəbər lenti

Xəbər lenti