...

Kaşaqan yatağında neft hasilatına 2009-2010-cu illərdə başlana bilər

Dünya xəbərləri Materials 29 İyun 2006 10:56 (UTC +04:00)

Qazaxıstanın "Kaşaqan" yatağında neft hasilatına planlaşdırıldığı kimi 2008-ci ildə deyil, yalnız 2009 və ya 2010-cu illərin əvvəllərində başlana bilər. Trend in Reuters agentliyinə istinadən xəbər verdiyi kimi, bu barədə Qazaxıstanın energetika və mineral ehtiyatlar naziri Baktıkoja İzmuxambetov məlumat verib.

"Qazaxıstan 2008-ci ildə hasilata başlamayacaq", - deyə o bildirib. "Ölkə Kaşaqan" yatağı və Xəzərin digər bloklarının mənimsənilməsi hesabına 2015-ci ildə neft hasilatını üç qat - ildə 150 mln tonadək artırmağı planlaşdırır.

İzmuxambetov Qazaxıstanda neft hasilatı ilə məşğul olan Nations Energy şirkəti ilə bağlı danışıqların aparılması faktını da təsdiqləyib. İyunun əvvəlində mənbələr bildirib ki, Çinin Citic Group şirkəti Nations Energy şirkətini təxminən 2,2 mlrd dollara almağa yaxındır. Nations Energy Qərbi Qazaxıstanın Karajanbas yatağında neft hasil edir.

Xəbər lenti

Xəbər lenti