...

Ukrayna və Gürcüstan Riqada NATO-ya daxil olmaqla bağlı müsbət siqnal alacaq

Dünya xəbərləri Materials 13 İyul 2006 11:49 (UTC +04:00)

NATO-nun cari ilin noyabrında Riqada keçiriləcək sammiti alyansın genişləndirilməsi ilə bağlı olmayacaq: Ukrayna və Gürcüstan bu sammitdə müsbət siqnallar alacaq. Ancaq bu ölkələrə təşkilata daxil olmaqla bağlı konkret müddət vəd edilməyəcək. Bu barədə Brüsseldə Riqada çıxan Diena (Gün) qəzetinə və Latviya radiosuna müsahibəsində NATO-nun baş katibi Yaap de Hoop Sxeffer bəyan edib.

Trend in Kavkaz-press-ə istinadən xəbər verdiyi kimi, onun sözlərinə görə, bu ökələrin heç bir etiraz olmadan alyansda iştirak etməsi üçün siyasi vəziyyət kifayət qədər sabit deyil. Ukrayna və Gürcüstanın alacağı müsbət siqnala gəlincə, NATO baş katibi bildirib: "Riqada genişləndirmə ilə bağlı məsələ müzakirə mövzularından biri olacaq: siqnal veriləcək və düşünürəm ki, bu hətta müsbət siqnal olacaq. Mən bunu ətraflı surətdə xarakterizə edə bilmərəm. Ancaq əsas ideya belə olacaq: siz hazır olduğunuz vaxt biz də hazır olacağıq. Siz lazım olan hər şeyi yerinə yetirdikdən sonra NATO üzünüzə açıq olacaq. Ancaq biz konkret müddət vəd etməyəcəyik. Çünki bu, əsas qaydalardan imtina edilməsi demək olardı: NATO əvvəllər də belə hərəkət etməyib".

Onun sözlərinə görə, hazırda Ukraynada vəziyyət son dərəcə qeyri-konkretdir: "Biz sonda hansı koalisiyanın formalaşacağını hələ də bilmirik. Sosialistlər partiyası "narıncıları" əvəz edəcəkmi? Bu isə Ukraynanı NATO-ya doğru aparan yolda problemlər yarada bilər". Yaap de Hoop Sxeffer vurğulayıb ki, son vaxtlar Ukrayna xeyli irəliləyişə nail olub: "Ancaq mən bu ölkələrin hansı siqnal alacağını dəqiq bilməsəm də, əminəm ki, bu siqnal müsbət olacaq".

Əlavə edək ki, iyulun 14-də NATO baş katibinin Latviyaya səfəri gözlənilir. Məqsəd samimitə hazırlığın gedişi ilə tanış olmaq və ölkənin yüksək vəzifəli şəxsləri ilə görüşməkdir.

Xəbər lenti

Xəbər lenti