...

Ukrayna AES-in 7 bloku üçün Rusiyadan nüvə yanacağı alıb

Dünya xəbərləri Materials 13 İyul 2006 15:38 (UTC +04:00)

Ukrayna 2006-cı ilin əvvəlindən elektrik stansiyasının yeddi bloku üçün Rusiya Federasiyasından təzə nüvə yanacağı alıb. Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Ukrayna hökümətinin iclasında yanacaq və energetika naziri İvan Plaçkov bildirib.

Ümumilikdə, nazir qeyd edib ki, 2006-cı ildə "Enerqoatom" milli energetika şirkəti AES-in bütün 15 enerji bloku üçün Rusiyadan yanacaq alacaq.

"AES yanacaqla tam təmin olunub", - deyə İ.Plaçkov bəyan edib.

O həmçinin bildirib ki, ilin əvvəlindən 2 reys işlənmiş nüvə yanacağı Rusiyaya aparılıb.

"Enerqoatom" milli energetika şirkəti - 1996-cı ildə yaradılmış dövlət müəssisəsidir. Hazırda şirkət 4 fəaliyyətdə olan AES-i özündə birləşdirir. Bu AES-lərdə ümumi gücü 13835 MVt olan 15 nüvə enerji bloku işləyir.

"Enerqoatom"un məlumatlarına görə, Ukraynanın Rusiyaya işlənmiş nüvə yanacağının aparılması üzrə ümumi xərcləri ildə 50-60 milyon ABŞ dolları təşkil edir.

Xəbər lenti

Xəbər lenti