...

"Farnboro-2006"da ən yeni nəslin sputnikləri təqdim olunacaq

Dünya xəbərləri Materials 14 İyul 2006 16:09 (UTC +04:00)

Rusiyada kosmik aparatların ən böyük istehsalçısı, akademik Mixail Reşetnev adına Tətbiqi mexanika Elmi-istehsalat birliyi (TM EİB) (Krasnoyar vilayəti, Jeleznoqorsk) "Farnboro-2006" 45-ci aviakosmik salonda bir neçə ən yeni nəsil Yer sputniklərinin maketlərini təqdim edəcək.

TM EİB mətbuat xidmətindən RİA Novosti-yə verilən xəbərə görə, ilk dəfə olaraq "Ekspress-AM33" rabitə sputntki, Rusiya naviqasiya kosmik sistemin təkmilləşdirilməsi üçün nəzərdə tutulmuş "QLONASS-K" naviqasiya sputniki , həmçinin "Ekspress -AT" sputniki tamaşaçılara təqdim olunacaq. Sonuncunun yaradılması zamanı ağır sinifli müasir platformadan istifadə olunur və o, interaktiv tele - və radio yayım siqnalının ötürülməsi üçün tətbiq ediləcək. Ekspozisiyada TM EİB-nin başqa aparatları da təqdim olunacaq.

Trend in verdiyi xəbərə görə, "Farnboro-2006" salonu iyunun 17-dən 23-ə qədər fəaliyyət göstərəcək. TM EİB-nin rəhbəri Nikolay Testoyedov İngiltərəyə uçmazdan əvvəl RİA Novosti-yə bildirib ki, "biz bir çox ölkə nümayəndələrinin kosmik aparatlarımızın xidmətlərinə maraq göstərəcəklərinə ümid edirik".

Xəbər lenti

Xəbər lenti