...

Ukrayna və Honkonq cinayətkarların təhvil verilməsi barədə sazişi paraflayıb

Dünya xəbərləri Materials 17 İyul 2006 16:34 (UTC +04:00)

Ukrayna və Çin Xalq Respublikasının Honkonq adlı xüsusi inzibati rayonu cinayətkarların təhvil verilməsi barədə sazişi paraflayıb.

Bu barədə Ukraynanın ədliyyə nazirii müavini Lidiya Qorbunovaya istinadən Ədliyyyə Nazirliyindən xəbər verilib. Paraflama Ukrayna nümayəndə heyətinin iyulun 10-dan 13-dək davam edən Hönkonq səfəri zamanı həyata keçirilib.

Trend in xüsusi müxbiri xəbər verir ki, L.Qorbunovanın sözlərinə görə, saziş layihəsi bir ölkənin hüquq-mühafizə orqanları tərəfindən axtarılan cinayətkarın digər dövlətə verilməsi məsələlərinin nizamlanmasını nəzərdə tutur. Nümayəndə heyətinin rəhbəri bildirib ki, o halda tərəflərin tələbi yerinə yetirilməyə bilər ki, həmin cinayətkar müraciət olunan dövlətin vətəndaşıdır və ya siyasi və hərbi cinayətkardır. Bundan əlavə, eyni hərəkətlərə görə əvvəllər məhkum olunmuş və ya barələrində bəraət qərarı verilmiş şəxslərin verilməsi də mümkünsüzdür. Eyni zamanda ekstradisiya nəticəsində cinayətkarın irqi və ya milli mənsubiyyəti, dini və siyasi əqidəsilə əlaqədər vəziyyətin pisləşəcəyi təqdirdə tərəflərin biri rədd cavabı verə bilər.

Ədliyyə Nazirliyinin məlumatına əsasən, hələlik Ukrayna ilə Honkonq arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında saziş imzalanıb (2003-cü ilin aprelin 20-də imzalanıb və noyabrın 20-də Ukrayna tərəifndən təsdiqlənib).

Xəbər lenti

Xəbər lenti