...

Türkiyədə azərbaycanlı və məşhur yunan biznesmeninin təmtəraqlı toy mərasmi keçirilib

Dünya xəbərləri Materials 18 İyul 2006 13:17 (UTC +04:00)

İstanbulun "Çıraqan" sarayında məşur yunan biznesmeni Aleksandr Louvaris və azərbaycanlı Gülnarə Qədimovanın təmtəraqlı toy mərasimi keçirilib.

Trend in xüsusi müxbirinin məlumatına görə, toyda dünyanın müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan, Rusiya, İran, Fransa, ABŞ və Yunanıstandan 400 nəfərdən çox qonaq iştirak edib.

"Çıraqan" sarayında keçirilən toy mərasimi ilə əlaqədar 150 nömrə üç günlük bronlaşdırılıb. Toy mərasiminə çəkilən xərclər təxminən 400 min avro təşkil edib.

Toy mərasimi İstanbul boğazları üzərində təşkil olunmuş uzunmüddətli atəşfəşanlıq və salyutla başa çatıb.

Türkiyə KİV-nin məlumatına görə, Gülnarə Qədimova İran mənşəli azərbaycanlıdır.

Xəbər lenti

Xəbər lenti