...

Poroşenko "Bizim Ukrayna" və YTB deputatlarının səlayihətlərindən imtina etməsini məqsədəuyğun hesab etmir

Dünya xəbərləri Materials 24 İyul 2006 17:33 (UTC +04:00)

"Bizim Ukrayna" və Yuliya Timoşenko Blokundan olan deputatların səlahiyyətlərindən imtina etməsi məqsədəuyğun deyil. Bunu "Bizim Ukrayna" fraksiyasının üzvü Pyotr Poroşenko jurnalistlərə bildirib.

Trend in xüsusi müxbirinin verdiyi məlumata görə, P.Pororşenko hesab edir ki, deputatların səlahiyyətlərindən imtina etməsi əslində Ali Radanın buraxılması üçün birmənalı əsas deyil.

O xatırladıb ki, Ukrayna prezidentinin Konstitusiyaya müvafiq olaraq baş nazir vəzifəsinə namizədliyi nəzərdən keçirmək üçün avqustun 2-nə qədər vaxtı var. Eyni zamanda iyulun 25-nə qədər hökumətin formalaşdırılması üçün Konstitusiyada nəzərdə tutulmuş 6 günlük müddət başa çatır.

"Bizim Ukrayna"nın apardığı məsləhətləşmələrə gəldikdə, o qeyd edib ki, hələlik danışıqlar yalnız Yuliya Timoşenkonun Bloku ilə gedir, məsləhətləşmələr isə bütün fraksiyalarla aparılır və parlamentin fəaliyyətinin perspektivlərilə bağlıdır.

Bildirildiyi kimi, bu gün Y.Timoşenko Blokunun deputatları prezidentə Ali Radanı buraxmağa əsas vermək üçün səlahiyyətlərin imtina etməyə hazır olduqları barədə sənəd imzalayıb və "Bizim Ukrayna"nı bu təşəbbüsə qoşulmağa çağırıb.

Xəbər lenti

Xəbər lenti