...

Klassik avtomobillərin "Amsterdam-Pekin-2006" beynəlxalq avtoekspedisiyası Qaraqum səhrasına çatıb

Dünya xəbərləri Materials 28 İyul 2006 19:32 (UTC +04:00)

Klassik avtomobillərin "Amsterdam-Pekin-2006" beynəlxalq avtoekspedisiyası Türkmənistan Respublikasının orta hissəsində yerləşən Qaraqum səhrasına çatıb. Marşrutun ən çətin hissəsi olan bu yol kəsiyindən axşama qədər keçəcəklər.

Trend in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, iyulun 15-də başlayan rallidə 100 komanda iştirak edir. Onların hər birini tərkibində pilot və şturman var. Ən köhnə avtomobil 1934-cü ilin, ən "yenisi" isə 1976-cı ilin buraxılışıdır. Burada "Sitroen", "Ford", "Mersedes", "Volvo", "Reno", "Folksvagen" kimi məşhur markalı avtomobillər iştirak edir.

Aksiya iştirakçılarının iki məqsədi var: öz köhnə avtomobillərini müxtəlif yollarda sınamaq, həmçinin yeni ölkələr, onların zəngin mədəniyyəti ilə tanış olmaq.

Beynəlxalq avtoekspedisiyanın marşrutu 14 ölkədən - Niderlandiya, Almaniya, Avstriya, Macarıstan, Rumıniya, Bolqarıstan, Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Çindən keçir. Yarısından çoxundan uğurla keçilmiş yolun ümumi uzunluğu 17500 km-dir. Bu yarış avqustun 13-də Çinin paytaxtı Pekində, Tyananmen meydanında başa çatır.

Xəbər lenti

Xəbər lenti