Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğanın sədrliyi ilə ölkə ordusunun hərbi komandanlığının növbəti iclası keçirilməlidir. İclasda HQ rəhbərliyində kadr dəyişiklikləri ilə bağlı məsələlər nəzərdən keçiriləcək. Trend in Ankaradakı xüsusi müxbirinin məlumatına görə, Türkiyə quru qoşunları komandanı Yaşar Böyükanıtın ölkənin HQ Baş Qərargahının rəisi Hilmi Özkökün yerinə təyin olunacağı böyük ehtimalla gözlənilir.