...

AİƏ-nin zirvə görüşündə Özbəkistanın KTMT-yə üzvlüyünün bərpası haqqında qərar qəbul olunub

Dünya xəbərləri Materials 16 Avqust 2006 18:04 (UTC +04:00)

Avrasiya İqtisadi Əməkdaşlaq (AİƏ) təşkilatının Soçidə keçirilən qeyri-rəsmi zirvə görüşü zamanı Özbəkistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün bərpası haqqında qərar qəbul olunub. Bu barədə Rusiya prezidenti Vladimir Putin mətbuat konfransında bəyan edib.

Trend "RBK"ya istinadən xəbər verir ki, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan AİƏ-nin üzvüdür. Müşahidəçi statusuna isə Ermənistan, Moldova və Ukrayna malikdir.

KTMT-yə Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Ermənistan və Belarus daxildir. Özbəkistan iyunda təşkilat çərçivəsində fəaliyyətinə olan moratoriumu geri götürdüyünü bəyan edib. 1998-ci ildə Özbəkistan KTMT çərçivəsində fəaliyyətini dayandırmağı qərara alıb, lakin 1992-ci il mayın 15-də təşkilatın yaradılması haqqında imzalanmış müqaviləni ləğv etməyib.

Xəbər lenti

Xəbər lenti