...

Ukrayna hökuməti ölkə İES-in özəlləşdirməyə çıxarılmasını mümkün hesab edir

Dünya xəbərləri Materials 1 Sentyabr 2006 17:34 (UTC +04:00)

Ukraynanın maliyyə naziri, baş nazirin birinci müavini Nikolay Azarov ölkədəki İES-in özəlləşdirilməsini mümkün hesab edir. Trend in Ukraynadakı xüsusi müxbirinin məlumatına görə, bu barədə o, Şevçenko adına Milli Universitetin tələbələri qarşısında çıxışı zamanı bəyan edib.

N.Azarovun sözlərinə görə, İES-in modernləşdirilməsinə 3-4 il ərzində ən azı 12 mlrd dollar lazımdır.

"Dövlət bu məbləği cəlb etmək iqtidarında deyil. Aydındır ki, biz özəl ehtiyat cəlb etməliyik", - deyə N.Azarov qeyd edib.

O bildirib ki, istilik energetikasının modernləşdirilməsi istiqamətində özəlləşdirmə təqdir ediləcək.

Xəbər lenti

Xəbər lenti