Gürcüstanın topdan satış elektrik enerji bazarının bazasında yaradılmış "Kommersiya operatoru" ölkədə işə başlayıb. MMC-dən Trend in Gürcüstandakı xüsusi müxbirinə verilən məlumata görə, struktur sentyabrın 1-dən fəaliyyətə başlayıb. Rəsmi təqdimat mərasimi isə həftənin sonunda olacaq.
Gürcüstanın enerji sistemində "Kommersiya operatoru" MMC-nin rolu dəqiq müəyyən olunub. Operatorun funksiyalarına idxal və ixrac haqqında uzunmüddətli sazişlər bağlamaqla balans elektrik enerjisinin və ehtiyat gücün alqı-satqısı, topdan alış və satış haqqında informasiya bazasının, vahid qeydiyyat reyestrinin yaradılması və s. daxildir.